Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
  20 Dekabr 2016    Oxunub:1592
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 2017-ci ilin iyulunadək uzatmaqla bağlı qərar verib.

AzVision.az RİA-ya istinadən xəbər verir ki, sözügedən qərar Avropa Parlamentinin bu gün keçirilən iclası zamanı qəbul edilib.

Qərarın qəbul edilməsinə səbəb kimi, Rusiyanın Ukrayna məsələsi ilə bağlı Minsk razılaşmasının şərtlərini yerinə gətirmədiyi göstərilib. Aİ-nin qərarına Rusiyanın cavabı da gecikməyib. Rəsmi Kreml Aİ-nin son qərarını absurd adlandırıb. "Əslində Avropa İttifaqının atdığı bu addımın Ukraynadakı vəziyyətlə bağlı heç bir aidiyyəti yoxdur. Tamamilə siyasi bir qərardır",- deyə Kremldən bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti