Səfiri güllələyən şəxsin FOTOSU

Səfiri güllələyən şəxsin FOTOSU
  20 Dekabr 2016    Oxunub:33356
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyən şəxsin görüntüsü yayılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sərgi salonuna özünü polis kimi təqdim edərək daxil olub.

Şahidlərin bildirdiyinə görə, hələlik kimliyi məlum olmayan silahlı səfiri çıxış üçün kürsüyə yaxınlaşan zaman güllələyib.

Sui-qəsdçi səfiri vurduqdan sona "mən buradan, ölkədən çıxmayacağam" deyərək ətrafa atəş açıb.

Hazırda onun kimliyi araşdırılır.





Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada iştirak etdiyi sərgidə naməlum şəxs tərəfindən silahlı hücum olub.

Diplomat Rusiyanın Türkiyədəki səfirliyinin və Ankaranın Çankaya rayon bələdiyyəsinin birgə təşkil etdiyi sərgidə çıxış edərkən hücuma məruz qalıb.

Hücum edən şəxs A.Karlova xəsarət yetirdikdən sonra havaya atəş açıb. Ağır yaralanan diplomat dərhal Güven xəstəxanasına yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti