Putin təcili iclas çağırdı

Putin təcili iclas çağırdı
  20 Dekabr 2016    Oxunub:160166
Rusiya prezidenti Vladimir Putin səfir Andrey Karlovun Ankarada öldürülməsi ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi və təhlükəsizlik xidmətinin rəsmiləri ilə toplantı keçirəcək.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin hadisə ilə bağlı ona ətraflı məlumatların verilməsini tapşırıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada sərgi salonunda güllələnib. Ağır yaralanan səfir xəstəxanada dünyasını dəyişib.

Rəsmi Moskva səfirin öldürülməsini terror aktı kimi dəyərləndirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti