Öldürülən rus səfir kimdir? – DOSYE
Səfir Ankarada mədəniyyət mərkəzində iştirak etdiyi rəsm sərgisinin açılışı zamanı güllələnib. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, diplomatın həyatını xilas etmək mümkün olmayıb.
AzVision.az qətlə yetirilən səfirin tərcümeyi-halını təqdim edir:
Andrey Karlov 4 fevral 1954-ci ildə Moskvada anadan olub. 1976-ci ildə SSRİ XİN-nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 1992-ci ildə isə Rusiya XİN-in Diplomatik akademiyasını bitirib.
Koreya və ingilis dillərində sərbəst danışan Karlov 1976-ci ildən diplomatik fəaliyyətə başlayıb.
1976-2008-ci illərdə XİN-in Mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə işləyib.
2001-2006-cı illərdə Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri olub.
2007-2009-ci illərdə Rusiya XİN-in Konsulluq departamentinin direktor müavini, daha sonra həmin departamentin direktoru olub.
2013-ci ilin iyulun 12-dən Rusiya Federasiyasının Türkiyə Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
AzVision.az