Andrey Karlovu öldürən şəxs polis imiş - Yenilənib

Andrey Karlovu öldürən şəxs polis imiş - Yenilənib
  20 Dekabr 2016    Oxunub:3338
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Rusiyanın Ankaradakı səfiri Andrey Karlova atəş açan şəxsin adını açıqlayıb.

Nazir hücum edən şəxsin 22 yaşlı Aydın vilayət sakini, xüsusi xidmət orqanı əməkdaşı Mövlud Mert Altınbaş olduğunu deyib: "Altınbaş 1994-cü il iyunun 24-də anadan olub. İzmirdə Rüştü Ünsal adına polis məktəbində oxuyub. Son 2 il yarımdır Ankara Xüsusi Reaksiya Departamentində xidmətdə olub".

***

Ankarada İncəsənət sərgisinin açılışı zamanı Rusiya səfiri Andrey Karlovu qətlə yetirən şəxsin kimliyi məlum olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus səfiri güllələyən şəxs polis əməkdaşı Mərd Altıntaşdır.

1994-ci il təvəllüdlü Altıntaş atışma nəticəsində ölü ələ keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti