Çavuşoğlu Moskvaya getdi - Yenilənib

Çavuşoğlu Moskvaya getdi - Yenilənib
  20 Dekabr 2016    Oxunub:3530
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın paytaxtı Moskvaya gedib.

Bu barədə Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliyinin mətbuat katibi Orxan Gizigil məlumat verib: "Nazirin artıq Moskvada olduğunu təsdiq edə bilərik"

***

(23:15)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya səfəri təxirə salınmayacaq.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının Türkiyədəki Səfiri Andrey Karlovun öldürülməsinə baxmayaraq, nazir Çavuşoğlu Rusiya səfər edəcək.

Xatırladaq ki, Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin görüşü planlaşdırılır. Bildirilib ki, danışıqlar zamanı Suriyada dinc əhaliyə humanitar yardımların çatdırılmasında birgə razılaşdırılmış səylərin davam etdirilməsi və ölkədə hərtərəfli siyasi nizamlanma ətrafında müzakirələr aparılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti