Almaniyada ölü sayı 12-yə çatdı - 50 yaralı (Yenilənib)

Almaniyada ölü sayı 12-yə çatdı - 50 yaralı (Yenilənib)
  20 Dekabr 2016    Oxunub:3539
Berlində yük maşınının Milad bazarında iştirak edən insanlara çırpılması nəticəsində ölənlərin sayı 12-yə çatıb, 50-dək insan yaralanıb.

Bu barədə alman polisi özünün “Tvitter” səhifəsində məlumat yayıb.

***

Berlində yük maşınının Milad bazarında iştirak edən insanlara çırpılması nəticəsində azı 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

AzVision.az xəbər verir ki, yük maşınının sürücüsü avtomobili Milad bazarının təşkil edildiyi səki ilə insanların üstünə sürüb.

Hadisənin terror aktı olub-olmaması araşdırılır.

***

Almaniyanın paytaxtı Berlində yük avtomobili yüksək sürətlə hərəkət edərək Yeni il yarmarkası keçirilən əraziyə daxil olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticədə 9 nəfər ölüb, xeyli yaralı var.

Hadisənin terror aktı olduğu ehtimal edilir.

İlkin məlumata görə, sürücü hadisə yerindən qaçıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti