Səfirin qətli ilə bağlı 5 nəfər tutuldu

Səfirin qətli ilə bağlı 5 nəfər tutuldu
  20 Dekabr 2016    Oxunub:3421
Türkiyədə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı beş nəfər saxlanılıb.
AzVision.az “Haberturk”-ə istinadən xəbər verir ki, daha əvvəl qətli törədən Mövlüd Mert Altıntaşın anası və bacısı saxlanılıb.

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib. O, öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti