Karlovun nəşi Moskvaya göndərilir

Karlovun nəşi Moskvaya göndərilir
  20 Dekabr 2016    Oxunub:2217
Ankarada ötən gün qətlə yetirilən səfir Andrey Karlovun cənazəsi bu gün Moskvaya göndəriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hava limanında keçiriləcək anım mərasimində yüksək rütbəli türk məmurların iştirak edəcəyi gözlənilir.

Məlumatı Rusiyanın Türkiyədəki səfirliyinin attaşesi İrina Kasimova təsdiqləyib.

“Bu gün hava limanında yüksək rütbəli türk məmurların və diplomatik nümayəndəliyin iştirakı ilə anım mərasimi keçiriləcək. Bundan sonra səfirin cənazəsi onun xanımı, səfirliyin hakimi və FHN-nin psixoloqunun müşayiəti ilə vətənə göndəriləcək”, - deyə Kasimova bildirib.

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib. O, öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti