Çavuşoğlu Lavrova söz verdi: `Onlar cəzalandırılacaq`

Çavuşoğlu Lavrova söz verdi: `Onlar cəzalandırılacaq`
  20 Dekabr 2016    Oxunub:2991
“Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı törədilən terror aktını lənətləyirik”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

Onun sözlərinə görə, Karlov çətin vəziyyətdə fəaliyyətini davam etdirən möhtəşəm diplomatdır: “Ötən gün prezidentlərimiz və baş nazirlərimiz səviyyəsində danışıqlar olub. Əsas məqsəd Rusiya-Türkiyə münasibətlərini korlamaqdır. Hər iki ölkə bunun fərqindədir. Bu hadisəni törədənlərin məqsədlərinə çatmasına imkan verməmləyik. Bunun arxasında kimin dayandığını aydınlaşdırmalıyıq. Bu alçaq hərəkətin arxasında kimin dayandığını tapmalıyıq və bu araşdırmanı birlikdə edəcəyik. Terrorun axrasında kimin dayandığını aydın etmək üçün Rusiya və Türkiyəli mütəxəssislər birgə fəaliyyət göstərəcək. Korlova qarşı edilən terror aktını kimlər törədibsə, onlar cəzasını alacaqlar”.

Çavuşoğlu əlavə edib ki, Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə mərhum səfirin adı veriləcək: “Bununla bağlı ölkə prezidenti müvafiq göstəriş verib. Bir daha Rusiya xalqına başsağlığı verirəm. Bütün dünyaya birgə iş görməklə nələrə qadir olduğumuzu nümayiş etdirdik. Suriya və digər məsələlərdə əməkdaşlığımızı davam etdirəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti