`Ərdoğana təşəkkür edirik` - Sergey Lavrov

`Ərdoğana təşəkkür edirik` - Sergey Lavrov
  20 Dekabr 2016    Oxunub:3185
“Dünən xain terror aktı nəticəsində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov həlak oldu. Biz həmkarımla bu gözəl insanın xatirəsini yad etdik. Hadisədən sonra göstərdiyi reaksiyaya görə, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə zənginə görə minnətdarıq”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə deyib.

“Şübhəsiz ki, terror aktının təşkili ilə bağlı məlumatları ən qısa zamanda öyrənmək istəyirik. Prezidentlərin dünən razılaşdığı kimi Rusiya operativ istintaq idarəsinin nümayəndələri Türkiyəyə gedəcək. Mənim bildiyimə görə, onlar artıq Türkiyəyə eniş ediblər.

Onların gəldiyi təyyarə Andrey Karlovun cənazəsini və ailə üzvlərini vətənə gətirəcək və biz onu hava limanında qarşılayacağıq. Bu faciə bir daha bizim terrorizmlə daha qətiyyətli formada mübarizə aparmağımızın vacibdiliyni səciyyələndirir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti