`Onlar məqsədlərinə çatmadılar...` – Lavrov

`Onlar məqsədlərinə çatmadılar...` – Lavrov
  20 Dekabr 2016    Oxunub:1818
Bu vəhşi cinayət bizə onu göstərir ki, terrorçuluqla mübarizə güzəştsiz olmalıdır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı bildirib.

“Bu vəhşi cinayət bir daha göstərdi ki, terrorçuluqla mübarizə güzəştsiz olmalıdır. Əgər bu terror aktının təşkilatçıları terrorçuluqla mübarizəni, həmçinin görüşümüzü pozmaq məqsədi güdürdülərsə, onlar bu məqsədlərinə çatmadılar və çatmayacaqlar. Beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin Suriyada qanuni rejimə dəstəyin terror təhlükəsini artırdığı kimi təqdim etməsi cəhdləri tamamilə yolverilməzdir. Bu, birmənalı şəkildə terrorçuların zərbə altından çıxarılmasıdır. Biz bir qədər əvvəl türkiyəli həmkarımla görüş keçirdik. Türkiyə tərəfi bizim bu qiymətləndirməmizi bölüşür və əminəm ki, İran da bizimlə eyni mövqedədir".

Rusiya XİN başçısı danışıqların məhsuldar keçəcəyinə ümidvar olduğunu da bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti