`Əclaflara layiqli cavab veriləcək` – Leonid Slutski

  20 Dekabr 2016    Oxunub : 1604
`Əclaflara layiqli cavab veriləcək` – Leonid Slutski
“Ankarada Rusiya səfiri Andrey Karlova qarşı törədilən terror aktının sifarişçiləri öz məqsədlərinə çata bilməyəcəklər”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB komitəsinin sədri Leonid Slutski deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında münasibətlər çətin, lakin ümumilikdə konstruktiv xarakter daşıyır: “İndi Moskva və Ankara gündəmdə olan məsələlərin irəliyə hərəkət etməsi üzərində işləməlidir. Bu Rusiya diplomatik nümayəndəsinin qətlə yetirməklə vəziyyəti pozmağa çalışan əclaflara layiqli cavab olacaq”.

O, əlavə edib ki, Rusiyanın mövqeyini MDB dövlətlərinin böyük əksəriyyəti bölüşür: “Bu gün onların nümayəndələri bunu bir daha təsdiqlədi”.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının MDB komitəsinin sədri Leonid Slutski MDB ölkələrinin Rusiyadakı səfirləri ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.





İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: