Ankarada Karlovun adına küçə olacaq

Ankarada Karlovun adına küçə olacaq
  20 Dekabr 2016    Oxunub:2362
Rusiyanın Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə ötən gün Ankarada qətlə yetirilmiş səfir Andrey Karlovun adı veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib.

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib. O, öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti