Moskvada kritik Suriya görüşü- Lavrovdan ilk açıqlama (VİDEO)

Moskvada kritik Suriya görüşü- Lavrovdan ilk açıqlama (VİDEO)
  20 Dekabr 2016    Oxunub:6159
Rusiya, İran və Türkiyə XİN rəhbərləri Suriyada siyasi proseslə bağlı bəyanat razılaşdırılıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya, Türkiyə və İran Suriya böhranının hərbi yolla həllinin mümkün olmadığına dair vahid mövqeyə malikdir.

O, həmçinin əlavə edib ki, Rusiya, İran və Türkiyə Müdafiə və XİN rəhbərləri Suriyanın suverenliyini, ərazi bütövlüyünü və vahidliyini hörmət etməyə çağırıblar.

Lavrov bəyan edib ki, Rusiya, İran və Türkiyə Suriya hökuməti və müxalifəti arasında razılığın əldə olunmasına dair danışıqlar prosesində qarant rolunda çıxış etməyə hazırdır.

***
(17:22)

Rusiyanın paytaxtı Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş başa çatıb.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən görüşdə Suriyanın Hələb şəhəri ətrafındakı vəziyyət, şəhər sakinlərinin təxliyəsi və Suriya probleminin həlli müzakirə olunub.

AzVision.az xəbər verir ki, nazirlər görüşdən sonra mətbuata açıqlamalarını təqdim edir:



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti