Səfiri öldürən killerin son sözləri - Yeni detallar üzə çıxdı
Killerin sui-qəsd planını həmin oteldə hazırladığı bildirilir. Digər məlumata görə, killer oteldə ayın 14-də qeydiyyata düşüb. Altıntaş hadisədən bir neçə saat öncə yerləşdiyi oteldən çıxaraq sərginin keçirildiyi salona gedib.
Həmin otel artıq polis tərəfindən nəzarətə götürülüb, qatilin qaldığı nömrə möhürlənib.
Altıntaşın səfir Karlova 11 dəfə atəş açdığı deyilir. Bildirilir ki, güllələrdən 9-u səfirə dəyib. Hadisədən sonra zərərsizləşdirilən qatilin üzərindən partonla dolu daraq və NATO standartlarına uyğun tapança götürülüb.
Səfirin vurulmasından sonra polislər ona təslim olmağı əmr edib. Killeri isə ”təslim ol” çağırışına məhəl qoymayaraq polislərə “mən bu saatdan sonra sağ qalmaram, onsuz da bura sağ qalmaq üçün gəlmədim”,-deyə cavab verib.
Nəticədə sui-qəsdçi polisin açdığı atəşlə zərərsizləşdirilib.
Qeyd edək ki, Andrey Karlovu öldürən şəxs 22 yaşlı Aydın vilayət sakini, xüsusi xidmət orqanı əməkdaşı Mövlud Mert Altıntaşdır. O, 1994-cü il iyunun 24-də anadan olub. İzmirdə Rüştü Ünsal adına polis məktəbində oxuyub. 2 il yarım Ankara Xüsusi Reaksiya Departamentində xidmətdə olub.
Rüstəm İsmayılov
AzVision.az