Çavuşoğlu Moskva görüşünün təfərrüatlarını açıqladı

Çavuşoğlu Moskva görüşünün təfərrüatlarını açıqladı
  21 Dekabr 2016    Oxunub:2023
Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Moskvadakı görüşdə Suriyanın Hələb şəhərində atəşkəs rejiminin təmin edilməsi ilə bağlı müzakirələr aparıblar.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib:

"Biz ilk dəfədir ki, bu formatda görüşürük. Bu elə özü vacib hadisədir. Biz Hələbdə humanitar böhranı aradan qaldırmağın yolları, evakuasiya və siyasi məqamlar haqqında danışdıq".

Onun sözlərinə görə, Hələbdən 37 min insan köçürülüb.

Qeyd edək ki, bu gün 3 ölkənin XİN rəhbərləri ilə yanaşı, müdafiə nazirləri də Moskvada toplaşıb. Görüşün əsas müzakirə obyekti Suriya böhranıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti