ATƏT rusiyalı səfirin qətlini pislədi

ATƏT rusiyalı səfirin qətlini pislədi
  21 Dekabr 2016    Oxunub:1125
ATƏT-ə üzv olan ölkələr bu gün Rusiyanın təşəbbüsü ilə keçirilən xüsusi sessiyada səfir Andrey Karlovun qətlini pisləyən bəyannamə qəbul ediblər.

Bu barədə TASS agentliyinə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç məlumat verib.

Bəyannamədə Ankarada törədilmiş bu terror aktı qətiyyətlə pislənilir, qətlə yetirilmiş səfirin doğmalarına və yaxınlarına başsağlığı verilir, Rusiya xalqı və hökuməti ilə həmrəylik ifadə edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti