Araqdan ölənlərin sayı 60-a çatıb

Araqdan ölənlərin sayı 60-a çatıb
  21 Dekabr 2016    Oxunub:1521
Rusiyanın İrkutsk vilayətində spirtli yemişan içkisindən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti” yə açıqlamasında İrkutsk şəhərinin Səhiyyə nazirliyinin rəsmisi Tatyana Şkurskaya deyib.

Onun sözlərinə görə, hazırda 40 nəfər müalicə alır, 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, polis və təhqiqatçılar spirtli içkilərin kütləvi satıldığı ticarət obyektlərində yoxlama aparıb, faktla bağlı 11 nəfər saxlanılıb. 1,500 litrdən çox içki müsadirə edilib.

Qeyd edək ki, içkidən zəhərlənənlərin sayı 100 nəfərə yaxındır. Xəstələrdən kimyəvi-toksikoloji ekspertiza üçün nümunə götürülüb. Müayinə zamanı spirtli maddənin tərkibində metanol aşkar edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti