Ruhani İrəvanda - Sarkisyan onu aeroportda qarşıladı (Fotolar+Video)

Ruhani İrəvanda - Sarkisyan onu aeroportda qarşıladı (Fotolar+Video)
  21 Dekabr 2016    Oxunub:10498
Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə İran prezidenti Həsən Ruhani İrəvana rəsmi səfərə gəlib.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, İrəvan hava limanında Ruhanini Ermənistan prezidenti Serj Sakisyan özü şəxsən qarşılayıb.



İran prezidenti Ermənistana səfəri zaman ölkənin baş naziri ilə də görüşəcək. Eyni zamanda prezidentin iqamətgahında ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair sənədlərin imzalanması gözlənilir.



Görüşdən sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər. Daha sonra Ruhani və Sarkisyan Ermənistan-İran biznes forumunda iştirak edəcəklər.





İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti