Rusiya Türkiyə ilə viza rejimini dayandıra bilər

 Rusiya Türkiyə ilə viza rejimini dayandıra bilər
  21 Dekabr 2016    Oxunub:3072
Ankarada Rusiya səfiri Andrey Karlov öldürüldükdən sonra rəsmi Moskva Türkiyə ilə vizasız rejimin tətbiqi üzrə danışıqları dayandırmaq niyyətindədir.

AzVision.az xəbər verir ki, bunu “İzvestiya” nəşri xarici siyasət dairələrindək mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bir neçə ay əvvəl Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etmək barədə tələsməməyə çağırıb. Onun fikrincə, ölkədə təhlükəsizliyi təmin etməklə bağlı bütün tədbirlər görülməyib.

Qəzetin məlumatına görə, vizasız rejimin tətbiqi məsələsi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Rusiya hökuməti də, hazırda Türkiyədə olan ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımı tədbirlər görəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti