Parlamentdə rus səfirin qətli ilə bağlı sükut

Parlamentdə rus səfirin qətli ilə bağlı sükut
  21 Dekabr 2016    Oxunub:1929
Rusiya Dövlət Dumasının bu gün keçirilən iclasında deputatlar Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun xatirəsi 1 dəqiqəlik sükutla anıb.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, deputatlar səfirin öldürülməsi ilə bağlı terrorizmi pisləyən və gələcəkdə belə halların baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirlərini vacib sayan bəyanat qəbul edəcək.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada qətlə yetirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti