`Biz Ermənistan vasitəsilə Avropaya çıxmaq istəyirik`- Ruhani

`Biz Ermənistan vasitəsilə Avropaya çıxmaq istəyirik`- Ruhani
  21 Dekabr 2016    Oxunub:3454
İran prezidenti Həsən Ruhani Ermənistana səfərindən öncə hava limanında jurnalistlərə açıqlama verib.
Bu barədə AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir.

Ruhani əlavə edib ki, İranın hər üç (Ermənistan, Qazaxıstan, Qırğızıstan) xalqla çox yaxşı iqtisadi münasibətləri var və rəsmi Tehran texniki və mühəndislik sahələrində bu ölkələrə əməkdaşlıq təklif etmək niyyətindədir:

“Hər üç ölkə Avrasiya İqtisadi Birliyinin üzvüdür və son illər ölkələr arasında münasibətlər sürətlə inkişaf edir”.

Ruhani vurğulayıb ki, İran bu ölkələrə azad ticarət zonası yaratmaq barədə sazişlər imzalamaq istəyir: “Ermənistan üzərindən biz Qara dənizə çıxış əldə edə, daha sonra isə Qərbə, Avropa ölkələri ilə əlaqələrimizi genişləndirə bilərik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti