Ermənistanın siyasi məhbus problemi Parisdə müzakirə edildi - (SİYAHI+VİDEO)

Ermənistanın siyasi məhbus problemi Parisdə müzakirə edildi - (SİYAHI+VİDEO)
  21 Dekabr 2016    Oxunub:5498
Fransanın paytaxtı Parisdə Ermənistandakı siyasi məhbusların problemləri ilə bağlı müzakirə aparılıb.

AzVision.az xəbər verir ki, “Renaissance Arménienne Paris” qurumunun və Ermənistanda Siyasi Məhbuslara Dəstək Komitəsinin birgə təşkil etdiyi tədbir çərçivəsində konfrans, debatlar, sərgi və konsert proqramı baş tutub.

“Bugünki Ermənistan: Siyasi məhbuslar mövzusuna diqqətin yönəldilməsi” adlı tədbirdə bu mövzulara toxunulub:

- Nəyə görə hazırda Ermənistanda siyasi məhbuslar var?
- Onlar nədə günahlandırılır? Onlar nə ilə risk edirlər?
- Onlar kimlərdir?
- Məhkəmələr müstəqildirmi?
- Hökümət nə istəyir?
- Onların ailələri necə yaşayır?
- Onları necə dəstəkləmək olar?


Konfransda müstəqil jurnalist Miriam Qom (Myriam Gaume) “Sasson üsyançıları”nın (Rebelles de Sassoun) ailələri ilə görüşündən danışıb. Miriam Qom bu ilin sentyabr ayında Ermənistana səfəri zamanı hazırda “Sasna Tsrer” adlandırdığımız təşkilatın bəzi üzvləri ilə görüşməyə cəhd edib. O bildirib ki, hazırda baş verən proseslər bizə siyasi məhbusların hər birinin hekayəsini canlandırmaq arzusunu verir.

“Ermənistana səfərim zamanı 3 ailə ilə görüşdüm. Görüşdüyüm ailələrdən biri də Querilan ailəsidir. Mən 3 oğlu həbsdə olan ata ilə də görüşdüm. Onların tarixçəsi Ermənistanda son illər baş verən hadisələri əks etdirir. Həmin ailənin böyük oğlu, Şant Arutyunyan ilə həmrəyliyə görə həbs edilib”.

Ermənistanda “Məhkəmələr müstəqil fəaliyyət göstərirmi?” sualına “Təbii ki, xeyr” cavabı verilib.

Bundan başqa, vaxtilə Qarabağda döyüşmüş Jirayr Səfilyan və Pavlik Manukyanın silahdaşı, «Parlement Fondateur» hərəkatının üzvü və “Renaissance Arménienne”-nin Belçika bölməsinin rəhbəri Qarik Xaçaturyan da çıxış edib.



Çıxışlarla yanaşı Diaspoarts-ın erməni rəssamları Ermənistanda siyasi məhbusların vəziyyəti ilə bağlı əsərlər nümayiş etdirib, müğənni-bəstəkar Areq Nazaryan isə həmin mövzuda mahnılar ifa edib.

Tədbirin keçirildiyi məkanda siyasi məhbusların şəkilləri və tərcümeyi-halları (fransız və erməni dillərində) nümayiş etdirilib. Ermənistanda olan siyasi məhbusların siyahısı təqdim edilib. Ümumilikdə Ermənistanda 78 nəfər siyasi məhbus, 17 siyasi təqib olunan var.



1.Həbs olunmuş "Sasna Tsrer" qrupunun üzvləri – 28 nəfər :

Pavel Manukyan
Tiqran Manukyan
Qaqik Yeğiazaryan
Areq Qureqyan
Aram Hakobian
Armen Lambaryan
S. Barseğyan
Edvard Qriqoryan
Armen Bilyan
Varujan Avetisyan
Mxitar Avetisyan
Aşot Petrosyan
Toros Torosyan
Vardan Qeravetyan
Gevork İritsyan
M. Nazaryan
Arayik Xandoyan
Sergey Qureqyan
M. Hakopyan
Artur Soğomonyan
Hovhannes Harutyunyan
Hovhannes Vardanyan
Ara Hakopyan
Artur Melkonyan
Qarnik Hovakimyan
Aram Manukyan
Tiqran Sarkisyan
Tatul Tamrazyan

2. Azadlıqda olan "Sasna Tsrer" qrupunun üzvləri, lakin onlara qarşı ittihamlar hələ də qüvvədədir – 3 nəfər:

Ruben Qriqoryan
Gevork Melkonyan
Edqar Soğomonyan

3- "Sasna Tsrer" qrupuna dəstək olmaqda ittiham edilərək həbs edilənlər (7 nəfər):

Artur Sarkisyan (rəhbər)
Karo Yeğnukyan
Nerses Gevoryan
Xaçatur Qicyan
V. Gevorkyan (44 gün ərzində aclıq elan edən və 30 kq çəki itirən keçmiş döyüşçü) ;
Manouel Adoyan (məhkəməyəqədər həbsdə qalır)
Aşod Muradyan (zaminə buraxılması barədə qərar verilsə də, hələ də həbsdə qalır) ;

4- "Sasna Tsrer"ə dəstək olan və hazırda azadlıqda olanlar. Lakin onlara qarşı ittihamlar hələ də qüvvədədir – 8 nəfər ;

Karen Hakobyan
Martin Vardanyan (zaminə buraxılıb)
Mher Mazmanyan (zaminə buraxılıb)
Saro Ayvazyan (zaminə buraxılıb)
Sergey Hakobyan (zaminə buraxılıb)
Vartan Balyan
Alek Yenikomşyan

5- 20 iyul Xorenatsi küçəsində və 29 iyul Saritağda polis vəhşiliyinin qurbanları ; onlar "kütləvi iğtişaşlarda" ittiham olunur : 13 nəfər saxlanılıb (siyahı tamamlanmayıb)

Andres Qukasyan
David Hovannisyan
Ararat Xandoyan
Hovhannes Qazaryan
M. Arustamyan
Hayk Hovhannesyan
Albert Avaqyan
Armen Mxitaryan
Nareq Sarkisyan
Soso Markaryan
Tiqran Avaqyan
Qaqik Mikaelyan
Arsen Mkrtçyan

6 - 20 iyul Xorenatsi küçəsində və 29 iyul Saritağda polis vəhşiliyinin qurbanları ; onlar "kütləvi iğtişaşlarda" ittiham olunur, azadlığa buraxılsalar da, haqqlarında çıxarılan ittihamlar qüvvədədir (5nəfər):

Armen Martirosyan (zaminə buraxılıb)
David Sanasaryan (zaminə buraxılıb)
Hovsep Xurşudyan (zaminə buraxılıb)
Vaxaqn Qumaşyan
Levon Asatryan

7 - 20 və 29 iyul, 2 nəfər həbs edilib:

Areq Sadoyan (3 illik şərti cəza alıb)
Rafael Qaragözyan (3 illik şərti cəza alıb)

8 -19 iyul Saritağda sakinlərlə polis arasında qarşıdurmada 9 nəfər saxlanılıb (siyahı tamamlanmayıb)

Sarkis Arabaçıyan
Karen Vanoyan
Hrayr İsaxanyan
Jora Avetisyan
Armen Atamyan
Harutyun Torosyan
Edvard Zeytunyan
Andranik Kuseyan
Hratça Boyajyan

9 - Jirayr Sefilyanın qrupu (9 nəfər)

Jirayr Sefilyan
Sasunik Kirakosyan
Hrayr Topçyan
Nerses Poqosyan
Kalust Qriqoryan
Hovhannes Petrosyan
Artur Movsisyan

10. Həbs edilən Şant Harutunyan və yoldaşları (8 nəfər)

Şant Harutyunyan
Vahe Mkrtçyan
Vardan Vardanyan
Aleks Boqosyan
Albert Markaryan
Avet Avetisyan
Libarit Betrosyan
Mkrtıç Hovhanisyan

11.Şant Harutyunyan məhkum edildikdən sonra 5 nəfər azadlığa buraxılıb:

Sevak Mnatsaqanyan
Tiqran Petrosyan
Armen Hovhanesyan
Misak Arakelyan
Hayk Harutyunyan

12. Müxtəlif zamanlarda saxlanılan siyasi məhbuslar:

Volodya Avetisyan
Hayk Qurqeyan
Gevork Safaryan
Armen Mikaelyan (ittiham davam edir, zaminə buraxılıb)

13- Siyasi təqib olunanlar:

Qaregin Tçukasezyan

14 - Tro prosesi (2 nəfər)

15. Nork-Maraş (32-40 nəfər)

16. Nork Maraş, Suren Petrosyan və Tro tərəfdarlarını saymasaq, azı 78 nəfər nəzarətə alınıb və həbs edilib.


Şahin Qocayev
AzVision.az


Teqlər:  





Xəbər lenti