`Arazın çirklənməsi bizi narahat edir` - İran prezidenti

`Arazın çirklənməsi bizi narahat edir` - İran prezidenti
  21 Dekabr 2016    Oxunub:2989
İrəvanda səfərdə olan İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanla görüşü zamanı Araz çayının çirklənməsi problemini qaldırıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Araz çayı bizim ümumi sərvətimizdir və onun çirklənməsi problemi bizi narahat edir”, - deyə Ruhani vurğulayıb.

İran prezidenti, həmçinin bu problemin həll olunacağına ümid etdiyini diqqətə çatdırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti