Karlovu Bəşər Əsədin düşmənləri öldürüb

Karlovu Bəşər Əsədin düşmənləri öldürüb
  21 Dekabr 2016    Oxunub:8311
“Ceyş əl-Fəth" təşkilatı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsinə görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə AzVision.az TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, “Ceyş əl-Fəth" təşkilatı əvvəllər “Cebhat ən-Nüsrə" adı ilə tanınıb və Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizə aparır.

Hadisə ilə bağlı 13 nəfərin saxlanıldığı bildirilir. Onların arasında qətli icra edən Mert Altıntaşın anası, atası, bacısı və digər qohumları da var.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti