Prezidentliyə namizəd seçki hazırlığından danışdı

Prezidentliyə namizəd seçki hazırlığından danışdı
  19 Avqust 2013    Oxunub:1213
Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident seçkilərinə hazırlıqdan danışıb.
AzVision.az-a açıqlamasında partiya sədri bildirib ki, hazırda namizədliyinin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənməsini gözləyir:

“Dünən qurultayımız uğurla başa vurduq. Qurultayda namizədliyim irəli sürüldü. Hazırda biz lazım olan sənədləri MSK-ya vermişik. Gözləyirik ki, namizədliyim təsdiqlənsin. Bundan sonra imza vərəqlərini doldurmaqla məşğul olacağıq”.

Digər namizədlər arasında özünə kimi rəqib görməyinə gəlincə isə o bildirib ki, onların hər birini özünə rəqib sayır.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti