Ermənistanda polkovnik 470 milyon oğurlayıb

Ermənistanda polkovnik 470 milyon oğurlayıb
  21 Dekabr 2016    Oxunub:2757
Rusiyanın Rostov şəhərində Cənub və Mərkəzi Hərbi Dairələrin Maddi Texniki Təminat Xidmətinin rəhbəri polkovnik Denis Zorinin işi üzrə araşdırma başa çatıb.
AzVision.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, o, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

İstintaqın versiyasına görə, polkovnik Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına ərzaq alışı zamanı qurulan maxinasiyalarda iştirak edib. Dövlətə vurulan zərərin 470 milyon rubl olduğu bildirilir.

Qeyd edək ki, 2016-cı ilin iyununda Denis Zorinin cinayət ortağı 102-ci hərbi bazanın ərzaq müdiri Vladimir Firsov 7 il müddətinə həbs olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti