`Sui-qəsdin arxasında FETÖ durur` - Ərdoğan

`Sui-qəsdin arxasında FETÖ durur` -  Ərdoğan
  22 Dekabr 2016    Oxunub:2897
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın səfiri Andrey Karlovun qətli ilə bağlı mühüm açıqlama verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan sui-qəsdin arxasında FETÖ qruplaşmasının olduğunu bəyan edib.

“Sui-qəsdin arxasında bilavasitə FETÖ durur. Bunu gizlətməyə ehtiyac yoxdur. Deyə bilərik ki, bu hadisə bilavasitə FETÖ ilə əlaqəlidir”.

Qeyd edək ki, “Ceyş əl-Fəth" təşkilatı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

AzVision.az




Teqlər:  





Xəbər lenti