Türkiyə 14 şəhid verdi - 138 İŞİD-çi məhv edildi

Türkiyə 14 şəhid verdi - 138 İŞİD-çi məhv edildi
  22 Dekabr 2016    Oxunub:2659
Suriyada keçirilən “Fərad qalxanı” əməliyyatında Türkiyə ordusu ağır itki verib.
AzVision.az “Sözcü”yə istinadən xəbər verir ki, İŞİD-in hücumu nəticəsində Türkiyənin 10 əsgəri şəhid olub. 6-sı ağır olmaqla 18 əsgərin yaralandığı bildirilir.

Türkiyənin cavab zərbəsi ilə 138 İŞİD terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə daha 4 əsgərini itirmişdi. Ümumilikdə isə gün ərzində 14 türk hərbçi şəhid olub, 33 nəfər yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti