`Ceyş əl-Fəth` təkzib etdi: `Karlovu biz öldürməmişik`

`Ceyş əl-Fəth` təkzib etdi: `Karlovu biz öldürməmişik`
  22 Dekabr 2016    Oxunub:2779
“Ceyş əl-Fəth” qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin onlar tərəfindən həyata keçirilməsi haqda xəbərləri təkzib edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma onların adından saxta məlumatın yayıldığını və Karlovun qətlində əllərinin olmadığını bəyan edib.

Qeyd edək ki, bu gün bir sıra xarici KİV-lər “Ceyş əl-Fəth" təşkilatının Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürdüyünü yazmışdı.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti