Araqdan ölənlərin sayı 63 nəfərə çatıb

Araqdan ölənlərin sayı 63 nəfərə çatıb
  22 Dekabr 2016    Oxunub:2446
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb.
AzVision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.

"Bu gecə daha bir nəfər dünyasını dəyişib, hadisə ilə bağlı zərərçəkənlərin sayı 109 nəfərə çatıb. Hazırda xəstəxanalarda 37 nəfər həkim nəzarəti altındadır”, - deyə Şkurskaya vurğulayıb.

Xatırladaq ki, dekabrın 17-də İrkutskda spirt tərkibli mayedən ("Boyarışnik") kütləvi zəhərlənmələr qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti