`Qarabağda müharibə qaçılmazdır` - Rusiyalı ekspert

`Qarabağda müharibə qaçılmazdır` - Rusiyalı ekspert
  22 Dekabr 2016    Oxunub:17888
Cənubi Qafqaz məsələləri üzrə rusiyalı ekspert Andrey Epifançev Dağlıq Qarabağda yeni müharibənin qaçılmaz olduğunu bəyan edib.

AzVision.az xəbər verir ki, bu barədə ekspert “Azadlıq Radiosu”nun Rusiya bölməsinə açıqlamasında bildirib.

“Yeganə sual müharibənin nə vaxt başlayacağı və hansı formatda olacağıdır. Mən münaqişənin danışıqlar yolu ilə həlli perspektivini görmürəm”, - deyə Epifançev vurğulayıb.

Rusiyalı ekspert, həmçinin Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həllinin açarının Moskvanın əlində olması barədə fikri ilə razılaşmadığını bəyan edib.

“Aprel döyüşlərinin dördüncü günü Moskvanın müdaxiləsi ilə tərəflər atəşkəs barədə razılığa gəliblər. Əgər yenidən hərbi əməliyyatlar başlasa, onda Moskva yenidən diplomatik yollarla hadisələrə müdaxilə etməyə çalışacaq. Lakin Ermənistan rəsmi Moskvadan hərbi yardım gözləməməlidir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti