Moskva metrosunda partlayış: Yaralılar var (VİDEO)

Moskva metrosunda partlayış: Yaralılar var (VİDEO)
  22 Dekabr 2016    Oxunub:10141
Moskvanın "Kolomenskaya" metrostansiyasının vestibülündə partlayış baş verib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayış metro keçidində tikinti aparan şirkətinə məxsus qaz balonunda baş verib.

Hadisə yerinə xeyli sayda polis maşını, iki təcili tibbi yardım və dörd yanğınsöndürən maşın cəlb olunub.

Moskva Metropoliten Administrasiyası stansiyanın cənub vestibülünün bağlı olduğunu bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti