`Milli Şuranın nüfuzu sıfıra bərabərdir`
Bu açıqlamanı AzVision.az-a Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə dünənki mitinqə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Milli Şuranın nüfuzu sıfıra bərabərdir :
-Dünənki mitinq dediklərimi təsdiqlədi. Deyirlər ki, 5 min adam iştirak edib. Tutaq ki, bu rəqəmlə razılaşıram. Orada təxminən 200 nəfər jurnalist, 2000-2500 nəfər hüquq mühafizə orqanlarının mülki geyimdə nümayəndələri var idi. 2300 mitinq iştirakçısı qalır. Sonda Əli Kərimli çıxış edəndə 400 nəfər adam vardı. Milli Şuranın nüfuzu sıfıra bərabərdir. Özgə oduna qızınmaq mümkün deyil. Milli Şurada heçnə alınmayacaq. Bunlar bütün siyasi kapitalını xərcləyiblər. 1990-cı il 20 yanvar hadisələri, 1992-ci il dövlət çevrilişi zamanı, 1993-cü ildə ölkəni vətəndaş müharibəsi qarşısında qoyub, dovşan kimi qaçdılar. Onları tutmaq mümkün deyildi. Xalq Milli Şuraya inanmır. Mili Şura ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşaq gəzməz. Ölünün qıdığı gəlməz.
Nihadə Eyyubova