ABŞ-da yaşayan erməni fəal Bakı platformasına qoşuldu

ABŞ-da yaşayan erməni fəal Bakı platformasına qoşuldu
  22 Dekabr 2016    Oxunub:2825
İctimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb.

A.Sinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşçil olunmuş aksiyalarda fəal iştirak edib.

Ermənistanın və erməni diasporunun digər bir çox ictimai fəalları kimi, A.Sinanyan da Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyib. Fəal vətəndaş diplomatiyasının inkişafı üçün əlindən gələni etməyə hazırdır. (Virtualaz.org)

AzVision.az


Teqlər:  





Xəbər lenti