İrəvanda yenidən etirazlar başladı - VİDEO

İrəvanda yenidən etirazlar başladı - VİDEO
  22 Dekabr 2016    Oxunub:2785
İrəvanda “Nairit” zavodunun əməkdaşları yenidən etiraza qalxıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, onlar zadovun müflis elan olunmasına etirazlarını bildiriblər.

Nümayişçilər hakimiyyətdən prosesinin dayandırlmasını tələb ediblər.

Etirazçılar, həmçinin zavodun müflis elan olunmaması üçün “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin rəhbəri Samvel Karapetyana açıq məktub ünvanlayıblar.

Qeyd edək ki, ötən ilin noyabr ayında məhkəmənin qərarına əsasən “Nairit” zavodu müflis elan olub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti