Misirdəki həmvətənlərimiz artıq Bakıda
Təyyarə bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təyyarə ilə 48 Azərbaycan vətəndaşı gətirilib.
Qeyd edək ki, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.
Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, dünən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb. (apa)