`Rusiya istənilən təcavüzkardan güclüdür` - Putin
"Diqqətinizə çatdırmaq istəyirəm ki, əgər biz bir dəqiqə belə arxayınlaşsaq, ordu və donanmanın modernləşməsində, qoşunların hazırlığında bircə əhəmiyyətli uğursuzluq baş versə, o zaman vəziyyət tez dəyişəcək", - deyə Putin vurğulayıb.
Rusiya prezidenti 2017-ci ildə hərbi sahədə qarşıda duran əsas vəzifələri açıqlayıb: “Ordu və donanmanın silahlanmasında yığılmış tempi saxlamaq, silahlanma üzrə dövlət proqramı tədbirlərinin həyata keçirilməsini və dövlət müdafiə təkliflərinin yerinə yetirilməsini effektli yoxlamaq vacibdir”.
Eldar Tanrıverdiyev
AzVision.az