Türkiyənin baş naziri səfirin qətli ilə bağlı söz verdi

Türkiyənin baş naziri səfirin qətli ilə bağlı söz verdi
  22 Dekabr 2016    Oxunub:2530
Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın Ankaradakı səfirliyində Andrey Karlovun öldürülməsi ilə bağlı açılmış matəm kitabını imzalayıb.
Baş nazir cinayəti törədənlərin layiqli cəzaların alacağını qeyd edib.

B.Yıldırım yazıb: “Bu mənfur qətllə ölkələrimiz arasında münasibətlərə zərər vurmaq istəyənlər öz məqsədlərinə çatmayacaq. Bu məsələdə təqsiri olanlar bir-bir aşkar olunacaq və layiqli cəzanı alacaq”.

Baş nazir A.Karlovun iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini və Türkiyə-Rusiya dostluğunun əbədi rəmzi olaraq qalacağını qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti