Həcc ziyarətinə gedəcək zəvvarların sayı azaldılıb
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AzVision.az-a verilən məlumata görə, bu il Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarlar əvvəldən planlaşdırıldığı kimi 90 yox, 80 qrup tərkibində gedəcək.
Buna səbəb bu il Yaxın Şərqdə baş verən hadisələr ilə əlaqədar olaraq təyyarə reyslərinin sayının mümkün qədər azaldılmasıdır. Hər qrupda 45 – 55 nəfər zəvvar olacaq. Zəvvarların səfəri oktyabrın 2-dən 8-ə qədər həyata keçiriləcək. Oktyabrın 2-3-də gündə bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Tərkibi geniş olacaq zəvvar qruplarda 3250 manat ödəmiş şəxslər təmsil olunacaq, 4100 manatlıq turlarda isə qrupların tərkibi az olacaq.
AzVision.az
Teqlər: