Səfirin qatilinin FETÖ ilə əlaqəsi ortaya çıxdı

Səfirin qatilinin FETÖ ilə əlaqəsi ortaya çıxdı
  23 Dekabr 2016    Oxunub:3496
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Altıntaşın FETÖ-çü olması ilə bağlı irəli sürülən iddialar öz təsdiqini tapmaqdadır.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qətllə bağlı həyata keçirilən araşdırmalar zamanı qatilin təmasda olduğu şəxslərdən 8-nin FETÖ üzvlərinin əlaqə yaratdığı “ByLock” proqramından istifadə etdiyi ortaya çıxıb.

İstintaq 5 polis əməkdaşının, polis komissarı və onun müavininin “ByLock” proqramından istifadə etdiyini müəyyənləşdirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada qətlin arxasında FETÖ-nun durduğunu bəyan etmişdi: “Sui-qəsdin arxasında bilavasitə FETÖ durur. Bunu gizlətməyə ehtiyac yoxdur. Deyə bilərik ki, bu hadisə bilavasitə FETÖ ilə əlaqəlidir”.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti