Putin: `ABŞ-ın silahı çoxdur, amma biz güclüyük` - (CANLI YAYIM)
AzVision.az-ın məlumatına görə, Putin deyib ki, Rusiyada yeni sualtı qayıqlar və təyyarələr düzəldilir.
Onun sözlərinə görə, ABŞ-ın silahı çoxdur, lakin Rusiya heç bununla mübahisə belə etmir. Putin bir daha vurğulayıb ki, Rusiya istənilən qüvvədən güclüdür.
“Trampa gəldikdə isə o, daha əvvəl də ABŞ-ın nüvə silahının artırılmasından danışırdı. Ən təəccüblüsü isə hazırkı ABŞ Administrasiyasının bəyanatıdır. Onlar dərhal ən güclü silahlı qüvvələrin ABŞ-da olduğunu sübut etməyə çalışırlar. Heç kim buna dair mübahisə aparmır”, - deyə Putin vurğulayıb.
***
(13:00)
Putin sualları cavablandırır
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla sualları cavablandırır.
AzVision.az-ın məlumatına görə, canlı yayım yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayıb.
Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanır.
Eldar Tanrıverdiyev
AzVision.az