`Mitinq göstərdi ki, Milli Şura cansız bədən rolundadır`

`Mitinq  göstərdi ki, Milli Şura cansız bədən rolundadır`
  19 Avqust 2013    Oxunub:1233
Milli Şuranın icazəli mitinqi son 20 ildə Azərbaycanın siyasi olimpində yer almış siyasi təşkilatların məğlubiyyət aksiyası idi. Bunu TVətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Şuranın 18 avqust mitinqinə münasibət bildirərkən deyib.

Ə.Əliyev qeyd edib ki, istənilən siyasi quruma qiyməti xalq verməlidir: "Bu mitinq əyani sürətdə göstərdi ki, həmin müxalif partiyaların liderləri nəinki xalqı, heç özlərini də xilas etmək iqtidarında deyillər.

VİP sədri hesab edir ki, zamanı yetişəndə, proseslər faydalı yön alacaq, Prezident seçkiləri isə Azərbaycanda siyasi güclərin təzələnməsi üçün həlledici mərhələ olacaq: "Proseslər bir daha sübut etdi ki, Azərbaycan xalqı yenidən müstəmləkə boyunduruğu altına girmək istəmir və Milli Şuranın aksiyasına xalqın dəstək verməməsi Moskva layihəsinə göstərdiyi təpki idi. Bununla cəmiyyət Azərbaycan dövlətçiliyinin inkişaf vektorunu nümayiş etdirdi".

Partiya sədri qeyd edib ki, mitinq Milli Şuranın iflasını bir daha təsdiqlədi: "Bu iflas təsis olunduğu gündən ortada idi, çünki onlar açıq sürətdə Moskvadan gələcək vəsaiti, siyasi təlimatı gözləyirdilər, lakin dəstək verilmədi, onlar cansız bədən rolunda qaldılar".(Trend)


Teqlər:  





Xəbər lenti