Nyu-Yorkda güclü yanğın: 24 yaralı

Nyu-Yorkda güclü yanğın: 24 yaralı
  23 Dekabr 2016    Oxunub:1353
Nyu-Yorkun Vest-Sayd rayonunda göydələndə baş verən güclü yanğın zamanı 24 nəfər xəsarət alıb.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, alov binanın dördüncü və beşinci mərtəbələrində yayılıb.

Yaralı şəxslərdən üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Yanğının baş vermə səbəbləri bilinmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti