Vitse-spiker sərbəst buraxıldı - Yenilənib

Vitse-spiker sərbəst buraxıldı - Yenilənib
  23 Dekabr 2016    Oxunub:2510
Bu gün səhər saatlarında polis tərəfindən saxlanılan Türkiyə Böyük Millət Məclisinin sədr müavini, Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Pərvin Buldan sərbəst buraxılıb.

AzVision.az "Habertürk"-ə istinadən xəbər verir ki, Pervin Buldan İstanbulun Bakırköy Məhkəməsində ifadə verdikdən sonra sərbəst buraxılıb.

***

Türkiyə Böyük Millət Məclisinin sədr müavini, Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Pərvin Buldan bu gün saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pərvin Buldan bu gün səhər saatlarında polis əməkdaşlarının keçirdiyi anti-terror əməliyyat nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu günə qədər prokurorluq tərəfindən 15 HDP-li millət vəkili saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti