Ter Petrosyanın Qarabağ çıxışı komandasında etirazla qarşılandı

Ter Petrosyanın Qarabağ çıxışı komandasında etirazla qarşılandı
  23 Dekabr 2016    Oxunub:2686
Erməni Milli Konqresinin rəhbəri, Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyanın Qarabağ münaqişəsi ilə bağlı çıxışı köhnə komanda üzvləri tərəfindən kəskin etirazla qarşılanıb.
Bu barədə AzVision.az “İravunka” nəşrinə istinadən xəbər verir.

“Faciəli çıxış idi. Bir neçə mandat üçün Qarabağ məsələsində alver edir”, - deyə Ter Petrosyanın sabiq komanda yoldaşları bildirib.

Əldə edilən məlumatlara görə, parlamentin beş mandatından biri Ter Petrosyanın oğlu Davit Petrosyana veriləcək.

Petrosyan oğlunu Erməni Milli Konqresinin digər üzvləri Aram Manukyan, Levon Zurabyan, Stepan Demirçiyanla birgə deputat etmək istəyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti