Berlin terrorçusu Milanda öldürüldü

Berlin terrorçusu Milanda öldürüldü
  23 Dekabr 2016    Oxunub:2099
Almaniyanın Berlin şəhərində yarmarkada terror aktının törədilməsində şübhəli bilinən, əslən tunisli Anis Amri İtaliyanın Milan şəhərində baş verən atışmada öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə İtaliyanın xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

Qeyd olunub ki, bu gün yerli vaxtla saat 12:45-də İtaliyanın daxili işlər naziri Marko Minniti bununla bağlı təcili mətbuat konfransı keçirəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti