`Qəddafinin oğlunu azad edin` - Təyyarəni qaçıranlardan tələb

`Qəddafinin oğlunu azad edin` - Təyyarəni qaçıranlardan tələb
  23 Dekabr 2016    Oxunub:10132
Liviyada sərnişin təyyarəsini qaçıranlar müəyyən şərtlər daxilində onları azad edəcəklərini bəyan ediblər.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarəni qaçırlanlar Müəmmar Qəddafinin həbsdə olan oğlu Seyfi əl-İslamın azad edilməsini tələb ediblər.

Terrorçulardan biri bildirib ki, onların şərtinə əməl edilərsə, ekipaj üzvlərini deyil, yalnız sərnişinləri sərbəst buraxacaqlar.

Xatırladaq ki, qaçırılaraq Maltaya endirilən təyyarədə 118 sərnişin var.

***
15:44

Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.

AzVision.az "RİA Novosti" xəbər verir ki, bu barədə Malta baş naziri açıqlama verib. İddia edilir ki, Liviyaya məxsus sərnişin təyyarəsi iki silahlı şəxs tərəfindən qaçırılıb.

Təyyarədə 118 nəfərin olduğu bildirilir. Hələlik silahlıların tələbinin nə olduğu məlum deyil. Onlar təyyarəni partlatmaqla hədələyirlər.

Maltanın təhlükəsizlik qüvvələri hadisə ilə bağlı hazır vəziyyətə gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti