Liviya təyyarəsini qaçıranlar təslim oldular

Liviya təyyarəsini qaçıranlar təslim oldular
  23 Dekabr 2016    Oxunub:2353
Liviya təyyarəsini qaçıran şəxslər Maltanın hakimiyyət orqanlarına təslim olublar.

AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib. Baş nazir bildirib ki, ekipajın axırıncı üzvləri təyyarəni cinayətkarlarla birlikdə tərk ediblər.

Xatırladaq ki, qaçırılmış təyyarə Maltada yerə enmişdi. Liviyanın Afriqiyah Airways aviaşirkətinə məxsus Airbus A320 təyyarəsi Sabxa şəhərindən Tripoliyə uçurdu. İlkin məlumata görə, təyyarənin göyərtəsində 111 sərnişin və 7 ekipaj üzvü olub.

AzVision.az


Teqlər:





Xəbər lenti